Dünya

Türkiyə təhlükəsizlik qüvvələri 47 terrorçunu zərərsizləşdirib

5 Fevral 2022 08:52
0 Şərh     Baxış: 550
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2022-ci ilin yanvar ayı ərzində Türkiyə təhlükəsizlik qüvvələri 47 terrorçunu zərərsizləşdirib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin rəsmisi İsmayıl Çataklı bildirib.

Terrorçulardan 34-ü sağ ələ keçirilib, 13-ü isə könüllü təslim olub. Onlardan 38-i PKK, 8-i İŞİD, 1-i solçu terror təşkilatlarının fəaliyyətində iştirak edib.

Məlumata görə, yanvar ayı ərzində Türkiyədə beş terror aktının qarşısı alınıb.

Əməliyyatlarda 310 təhlükəsizlik əməkdaşı və 20 jandarm briqadası, jandarm xüsusi təyinatlıları və bölükləri iştirak edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.