Dünya

“İndiki ABŞ administrasiyası ölkəni bir ildə məhv edib” - Tramp

4 Fevral 2022 23:39
0 Şərh     Baxış: 740
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"İndiki ABŞ administrasiyası ölkəni bir ildə məhv edib".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib. İnflyasiyanın da yanlış enerji siyasətinin nəticəsi olduğuna diqqət çəkən Tramp deyib:

"Bir çox şey, sadəcə dəhşətlidir. Biz enerji sahəsində müstəqil idik, indi isə OPEK-ə, Rusiyaya və digər oyunçulara üz tuturuq. Bu, ölkəmiz üçün çətin vəziyyətdir".

Xatırladaq ki, Tramp 2020-ci il prezident seçkilərində demokrat Co Baydenə məğlub olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.