"Xaç gündəliyi"nin müəllifi kimi tanınan rusiyalı bloger Amiran Sərdarov 2016-cı ildə vəfat edən Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun nəvəsi Məryəm Tillayevadan ayrıldığını açıqlayıb.
Milli.Az xəbər verir ki, məşhurun paylaşımı İnstaqramda yayılıb. "Maşa ilə mən ayrıldıq. Təəssüf ki, bu oldu. Həyatımda olduğunuz üçün sizə təşəkkür etmək istəyirəm. Siz çox parlaq, ağıllı və enerjilisiniz. Sizə elə qalmağınızı arzulayıram!", - Sərdarov yazıb. O, həmçinin keçmiş həyat yoldaşının heç vaxt kədərlənməməsini və hər şeyin ən yaxşısının qabaqda olduğuna əmin olmağa çağırıb. "Hər şey üçün təşəkkür edirəm" deyə bloger fikrini tamamlayıb.
Anar Əli
Milli.Az