Dünya

Rusiya əhalisinin sayı azalıb

29 Yanvar 2022 08:08
2 Şərh     Baxış: 907
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2021-ci ilin sonunda Rusiya əhalisinin sayı 146,2 milyondan 145,5 milyona enib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, 1 yanvar 2022-ci il tarixinə Rusiya Federasiyasının əhalisinin sayı 145 478 097 nəfər olub. 2021-ci ilin 1 yanvarında isə Federasiyada 146 171 015 nəfər yaşayırdı.

Əhalinin təbii azalması 1,04 milyon nəfər təşkil edib: il ərzində 1,4 milyon uşaq doğulub, 2,44 milyon nəfər ölüb.

2021-ci ildə 923,6 min nikah bağlanıb, 644,2 min boşanma rəsmiləşdirilib.

Federasiyada ölümlərin artmasının bir səbəbi də Covid-19 xəstəliyidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.