Dünya

Bu halda Belarus müharibəyə girəcək - Lukaşenko

28 Yanvar 2022 18:06
0 Şərh     Baxış: 1 273
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyaya qarşı aqressiya olarsa, Belarus bu müharibədə iştirak edəcək.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Belarus lideri Aleksandr Lukaşenko xalqa müraciətində deyib.

"Əgər müttəfiqimiz Rusiyaya kənar hücum olarsa və bu aqressiya Rusiyanın ərazisinə qarşı baş tutarsa, Belarus bu müharibədə iştirak edəcək. Bunun əsası bizim müttəfiq müqavilələrimizdir", - Lukaşenko bildirib.

O, həmçinin qeyd edib ki, Belarusa qarşı aqressiya halında yüz minlərlə rus hərbçisi ölkəyə daxil olacaq.

Lukaşenko Rusiya və KTMT ilə əlaqələri gücləndirməyin lazım olduğunu da vurğulayıb:

"Qazaxıstan nümunəsi göstərdi ki, KTMT Avrasiya məkanında təhlükəsizliyi operativ şəkildə təmin etməyə qadirdir. Kollektiv təhlükəsizlik qüvvələri stabilliyin yaranmasında açar rolunu oynadı. İttifaq Dövlətinin yeni hərbi doktrinası regionumuzda sülh təminatını gücləndirəcək. Cəmi 2500 yaxşı hazırlanmış əsgər Qazaxıstanda problemi həll etdi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.