İran dövlət televiziyasına kiberhücum edildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İranın dövlət televiziyasına kiberhücum edilib.
Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, edilən kiberhücum nəticəsində televiziyanın yayımı zamanı bir neçə saniyə ərzində ekranda terror təşkilatı sayılan Xalq Mücahidləri Təşkilatının liderlərini tərifləyən məzmunlu video yayımlanıb.
Belə ki, İran Radio və Televiziya Qurumunun (İRİB) 1-ci kanalında ekranda qəfildən Xalq Mücahidləri Təşkilatının (HMÖ) liderləri Məryəm və Məsud Recevinin şəkli peyda olub.
Ekranda bir neçə saniyə qalan görüntüdə "Receviyə salam" və "Xameneiyə ölüm" kimi şüarlar yer alıb.
Bundan başqa, "Kuran TV" və "Pəyam" və "Cevan" radiostansiyalarına da hücum edilib.
"Bir neçə dəqiqə əvvəl naməlum şəxslər və ya qruplar Radio və Televiziya Korporasiyasının bəzi kanallarına hücum edib", - İRİB-in açıqlamasında deyilir.
Qeyd edək ki, 1965-ci ildə İranda şah rejiminə qarşı ortaya çıxan "İslam sosialist" ideologiyasına malik Xalq Mücahidləri Təşkilatı 1979-cu il inqilabından sonra Tehran administrasiyası ilə yollarını ayırıb. Bu prosesdə İranda mülki və hərbi hədəflərə hücumlar həyata keçirən təşkilat ABŞ, Avropa İttifaqı (Aİ) və Kanada tərəfindən terror təşkilatı kimi tanınıb. Aİ 2009-cu ildə, ABŞ və Kanada isə 2012-ci ildə təşkilatı terrorçular siyahısından çıxarıb.
Təşkilatın lideri Məsud Recevi 2003-cü ildə yoxa çıxandan sonra təşkilatı onun həyat yoldaşı Məryəm Recevi idarə edir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dünyanın ən gözəl şəhəri - Venesiya və Barselonanı geridə qoydu
-
Toyda bəy əsəbləşərək tortu yerə çırpdı - (Video)
-
Paşinyan referendumdan imtina etdi: "Hələlik tezdir"
-
Gəlin toyda suyun içindən keçdi - (Video)
-
ABŞ və husilər Omanda gizli görüş keçirdi - Detallar
-
Türkiyəli iş adamının olduğu təyyarə dağa çırpıldı
XƏBƏR LENTİ
-
Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir - (Video)
-
Dünyanın ən gözəl şəhəri - Venesiya və Barselonanı geridə qoydu
-
Vatikan ilk dəfə “Oskar”a namizədlik üçün film təqdim edəcək
-
"Sumqayıt yolu"ndakı tıxac problemi nə vaxt həll olunacaq? - (Video)
-
Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş - təfərrüat
-
Lənkəranda ağır qəza: "Mercedes Vito" TIR-a çırpıldı, ölənlər var - Yenilənib (Foto)
-
Günün qoroskopu: İntuisiyanızın dediklərinə güvənin
-
Tacir Şahmalıoğlu arıqlamasının səbəbini açıqladı
-
Tələbələr dərsə getmək üçün beton maneələri aşırlar - (Video)
-
Toyda bəy əsəbləşərək tortu yerə çırpdı - (Video)
-
İmişlidə zəlzələ olub
-
Paşinyan referendumdan imtina etdi: "Hələlik tezdir"
-
Vinisus Junior əsas heyətdə mövqeyini itirə bilər
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Məşhurlar Üzüm və Şərab Festivalında konsert proqramı ilə çıxış edəcək - (Video)
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
-
Məşhur müğənninin müəmmalı ölümü: iki həkim həbs edildi
-
Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
-
Azərbaycanın iqtisadi artım proqnozuı açıqlanıb
-
“Messinin transferi üçün 500 milyon təklif etmişdim” - Massimo Moratti
-
Vüsalə Əlizadə qardaşının məzarında - "Qara daş məni sakitləşdirir" - (Video)
-
“Kızılcık Şerbeti”ndən rekord





