Dünya

Bu ölkədə COVID-19 testi ödənişsiz olacaq

24 Yanvar 2022 22:40
0 Şərh     Baxış: 561
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yanvarın 27-dən etibarən Polşa vətəndaşları həkim göndərişi olmadan apteklərdə pulsuz COVID-19 testi verə biləcəklər. "Omikron" ştamının aşkar edilməsi və COVID-19-a yoluxanların sayının rekord həddə çatması səbəbindən Polşa koronavirusla mübarizə strategiyasını dəyişir.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Polşanın Baş naziri Mateuş Moravietski və səhiyyə naziri Adam Niedzielski mətbuat konfransında bildiriblər.

"Biz yeni vəziyyətlə üzləşmişik və buna bacardığımız qədər hazırlaşmaq istəyirik. Buna görə də koronavirusla mübarizə strategiyamızda dəyişikliklər və təkmilləşdirmələr edirik", - deyə - Polşanın Baş naziri bildirib.

Qeyd edək ki, Polşa hökuməti mətbuat konfransı zamanı karantin müddətinin 14 gündən 7 günə endirildiyi, eləcə də ölkə hökuməti yanında Tibb Şurasının ləğv edildiyi və onun əvəzinə COVID-19-a qarşı Mübarizə Şurasının yaradıldığı bildirilib.

Xatırladaq ki, ötən sutka ərzində Polşada 36 min 665 yeni yoluxma halı qeydə alınıb, bu da bütün pandemiya dövründə ölkə üçün rekord göstəricidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.