Dünya

Gecə klubunda yanğın: 16 ölü

23 Yanvar 2022 19:10
0 Şərh     Baxış: 640
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kamerunun paytaxtı Yaunde şəhərində gecə klubunda yanğın baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Rabitə Nazirliyinin kommünikesində deyilir.

"İlkin məlumatlara görə, yanğın nəticəsində 16 nəfər həlak olub. Bundan əlavə, 8 nəfər ciddi xəsarətlər alıb", - deyə kommünikedə bildirilir.

"Cameroon Tribune" xəbər portalı öz növbəsində yanğının klubun zirzəmisində başladığını yazır.

Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, Kamerunda Afrika Millətlər Kubokunun oyunları keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.