Dünya

Fransa prezidentliyinə namizəd seçiciləri çipslə ələ almağa çalışdı - FOTO

22 Yanvar 2022 14:06
0 Şərh     Baxış: 954
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransa Vergi Ödəyiciləri Assosiasiyasının siyasi təmsilçisi Nikolas Miqe Fransanın Sen-Vio şəhəri yaxınlığındakı kəndlərin şura üzvlərinə çips qutuları göndərib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bununla da o, qarşıdan gələn prezident seçkilərində namizədliyini irəli sürmək üçün onların imzalarını təmin etməyə çalışıb.

Belə ki, mövcud qanunvericiliyə görə, Fransa Respublikasının prezidentliyinə namizəd seçkili vəzifəli şəxslərdən 500 imza toplamalıdır.

Qeyd edək ki, Nikolas Miqe 2002-ci ildən bəri hər dəfə prezidentliyə namizəd olmağa çalışır, lakin hər dəfə də ictimaiyyətin dəstəyini qazana bilmir. Bu dəfə də "əbədi namizəd"in cəhdi baş tutmayıb.

Xatırladaq ki, Fransada prezident seçkiləri 2022-ci ilin aprelində keçiriləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.