Dünya

Portuqaliyada sualtı vulkan püskürməsi dənizin səviyyəsinin dəyişməsinə səbəb olub

17 Yanvar 2022 21:50
0 Şərh     Baxış: 518
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sakit okeandakı Xunqa-Tonqa-Xunqa-Xaapay sualtı vulkanının püskürməsi nəticəsində yaranmış sunami Azor adalarında, Madeyreda və Penişi kurort şəhərində dənizin səviyyəsinin dəyişməsinə səbəb olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, zərbə dalğası müxtəlif okeanlara yayılıb. Portuqaliyanın bütün sahilyanı zonasında dəniz səviyyəsinin yarım metrə qədər dəyişməsi müşahidə olunub.

İnstitutun məlumatına görə, Xunqa-Tonqa-Xunqa-Xaapay vulkanının püskürməsi o qədər güclü olub ki, yer qatının silkələnməsi vulkandan minlərlə kilometr məsafədə də hiss edilib, hətta Yer kürəsinin əks tərəfində də atmosfer təzyiqinin dəyişmələri qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.