Gürcüstanda ötən sutkada koronavirusa 3 656 yeni yoluxma faktı qeydə alınıb, 32 nəfər vəfat edib.
Milli.Az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə indiyədək COVID-19 infeksiyasına yoluxanların sayı 999 343-ə, ölənlərin sayı isə 14 481-ə çatıb.
Son 24 saat ərzində 3 066, ümumilikdə isə 931 507 nəfər müalicə olunaraq sağalıb.
Milli.Az