Türkiyə

27 yaşlı qadın işə getmək üçün mindiyi liftdə öldü - FOTO

30 Sentyabr 2025 15:36
Baxış: 662
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Mersinin Tarsus rayonunda 27 yaşlı Pelin Kıyqa yaşayış binasının 7-ci mərtəbəsində liftdə ölüb.

Milli.Az xəbər verir ki, Altaylılar məhəlləsində yaşayan bələdiyyə işçisi Kıyqa bu səhər işə getmək üçün liftə minib. Hadisə zamanı liftdəki kəndir qopub və kabinənin yerə düşməsi nəticəsində Pelin ağır xəsarət alıb.

Sakinlərin məlumat verməsindən sonra təcili yardım və yanğınsöndürmə briqadaları hadisə yerinə gəlib. Ağır xəsarət alan Kıyqa xəstəxanaya çatdırılıb, lakin həkimlərin səylərinə baxmayaraq onu xilas etmək mümkün olmayıb. Evli və bir uşaq anası olan Pelin Kıyqanın cansız bədəni yarılma üçün morqa aparılıb.

Hadisənin təfərrüatları araşdırılır

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.