Siyasət

AYNA-ya Naxçıvanla bağlı yeni vəzifə həvalə edilib - FƏRMAN

30 Sentyabr 2025 16:41
Baxış: 268

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə Naxçıvanla bağlı yeni vəzifə həvalə edilib.

Milli.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Fərmanla "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi"ndə edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, Bakı şəhərinin inzibati ərazisində və Naxçıvan Muxtar Respublikasında nəqliyyat qovşaqlarının (nəqliyyat mübadilə mərkəzlərinin), yeni avtomobil duracaqlarının (qarajlarının) yaradılması (layihələndirilməsi, tikilməsi) ilə bağlı tədbirlər görmək və onların cari vəziyyətinə nəzarəti həyata keçirmək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə həvalə edilib.

Nazirlər Kabineti və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.