Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələrinin Qazaxıstanda missiyasını uğurla başa vurub və qarşıya qoyulan tapşırıqlar yerinı yetirilib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu sülhməramlı qüvvələrin komandanı Andrey Serdyukov Almatı şəhərində deyib.
Qeyd olunub ki, sülhməramlılar tərəfindən mühafizə olunan obyektlərin Qazaxıstan hüquq-mühafizə orqanlarına təhvil verilməsi başlanılıb.
Xatırladaq ki, ötən gün Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bu gündən etibarən sülhməramlı kontingentin çıxarılmasına başlanacağını demişdi.
KTMT sülhməramlı kontingenti ötən həftə Qazaxıstanda baş verən iğtişaşlarla əlaqədar Qazaxıstan tərəfinin müraciəti əsasında daxil olmuşdu.
Milli.Az