Dünya

Sarkisyan keçmiş müdafiə nazirini Rusiyaya səfir təyin etdi

5 Yanvar 2022 17:48
0 Şərh     Baxış: 981
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Arutyunyan ölkənin Rusiyadakı yeni səfiri təyin olunub.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı Ermənistan Prezidenti Armen Sarkisyan müvafiq sərəncam imzalayıb.

Sarkisyanın digər bir sərəncamı ilə Vardan Toqonyan Ermənistanın Rusiyadakı səfiri vəzifəsindən azad edilib.

Qeyd edək ki, Vaqarşak Arutyunyan 1999-2000-ci illərdə müdafiə naziri vəzifəsini icra edib. 2020-ci ilin avqustunda Baş nazir Nikol Paşinyanın baş müşaviri təyin olunub. O, 2020-ci ilin noyabrın sonunda yenidən müdafiə naziri postuna gətirilsə də, 2021-ci ilin iyulunda istefa verib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.