Dünya

Belarusda ağır qəza - 40-dan çox rusiyalı xəsarət aldı

3 Yanvar 2022 21:00
0 Şərh     Baxış: 1 004
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Belarusun Vitebsk vilayətində rusiyalı turistlərlə dolu avtobus minik avtomobili ilə toqquşub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Belarus İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, insident M-8 avtomobil yolunun 120-ci kilometrliyində baş verib. "Renault"un sürücüsü ötmə əməliyyatı edərkən qarşı zolaqla hərəkət edən ekskursiya avtobusu ilə toqquşub.

Hadisə nəticəsində 41 rusiyalı müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan 6-sı ağır vəziyyətdədir. Xəsarət alanların arasında 4 uşaq var. Ümumilikdə avtobusda 42 nəfər olub. Onlardan 41-i ekskursiyaya gəlmiş rusiyalılardır. Avtobusun sürücüsü də xəsarət alıb. 

"Renault"un sürücüsü - Moqilyov vilayətinin Kriçyov şəhərinin 31 yaşlı sakini həyatını itirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.