Dünya

ABŞ-da Yeni il şənliyində atışma: 3 ölü, 4 yaralı - FOTO

1 Yanvar 2022 22:43
0 Şərh     Baxış: 511
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Missisipi ştatının Qalfport şəhərində Yeni il şənliyi zamanı baş verən atışma nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə yerli WLOX telekanalı polisə istinadən məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, şənlik zamanı baş verən mübahisə atışma ilə nəticələnib.

Telekanal bildirib ki, xəsarət alan bir nəfərin vəziyyəti ağırdır. Atışma zamanı yaralanan digər üç nəfərin - iki kişi və bir qadının həyatları üçün təhlükə yoxdur.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.