Dünya

Azərbaycanın Ermənistana qaytardığı 5 hərbçidən biri saxlanılıb

30 Dekabr 2021 16:18
0 Şərh     Baxış: 844
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın Macarıstanın vasitəçiliyi ilə Ermənistana təhvil verdiyi 5 hərbçidən biri Ermənistan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, təhvil verilən hərbçilər hüquq-mühafizə orqanlarında dindirilib, ancaq onlardan yalnız Arman Xaçatryan saxlanılıb. Belə ki, o, döyüş növbətçiliyi və ya hərbi xidmət qaydalarını pozmaqda şübhəli bilinir.

Xatırladaq ki, Azərbaycan humanizm prinsiplərini rəhbər tutaraq ötən gün Macarıstan vasitəçiliyi ilə 5 erməniəsilli şəxsi Ermənistan tərəfinə təhvil verib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.