Dünya

Avropada koronavirusa rekord sayda yoluxma

25 Dekabr 2021 22:28
0 Şərh     Baxış: 583
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropada koronavirusa rekord sayda yoluxma qeydə alınıb.

Milli.Az "Report"a istinadən bildirir ki, Böyük Britaniyada Milad bayramında 122 mindən çox insan koronavirusla yoluxub.

Almaniyada son sutka ərzində 22,2 min yeni yoluxma halı aşkarlanıb, 157 nəfər ölüb.

Portuqaliyada isə yoluxma 12,9 min nəfər təşkil edir ki, bu da rekord rəqəmdir.

İrlandiyada ötən günlə müqayisədə 2,5 mindən çox insan infeksiya ilə rastlaşıb.

Fransada Milad ərəfəsində 94 mindən çox insanin koronavirus testi müsbət çıxıb.

Ümumdünya Səhiyyə Təşkilatının yaydığı hesabatda "omikron"un artıq 110 ölkədə tapıldığı bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.