Dünya

Paşinyan Ərdoğanla görüşünün baş tutmasının xüsusi nümayəndələrdən asılı olduğunu bildirib

24 Dekabr 2021 22:20
0 Şərh     Baxış: 929
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü iki ölkənin xüsusi nümayəndələri arasında danışıqların uğurlu olacağı təqdirdə mümkün olacaq.

Milli.Az APA-ya istinadən bildirir ki, dekabrın əvvəlində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanla münasibətləri normallaşdırmaq üçün tərəflər yaxın vaxtlarda qarşılıqlı olaraq xüsusi nümayəndələr təyin edəcəklər, həmçinin, İrəvanla çarter reysləri açılacaq.

Nazir qeyd edib ki, Ankara Türkiyə və Ermənistan aviaşirkətlərinin İstanbul - İrəvan - İstanbul reysləri ilə bağlı müraciətlərinə baxır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.