Dünya

“Evdə tək” filminin aktyoru həbs edildi: Sevdiyi qadını boğmağa cəhd edib

23 Dekabr 2021 22:46
0 Şərh     Baxış: 888
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur "Evdə tək" filmində rol almış aktyor Devin Ratrey (Bazz Makkalister rolunu oynayıb) görüşdüyü qadına yumuruq zərbələri endirib və onu boğmağa cəhd göstərib.

44 yaşlı aktyor saxlanılıb. O, özünə qarşı irəli sürülən ittihamları qəbul etməyib.

Lakin Devin Ratreyin sevgilisi öz ifadəsində iddia edib ki, aktyor əvvəl onu itələyərək çarpayıya uzadıb daha sonra yumuruq zərbələri endirib və nəhayət boğmağa cəhd edib.

İddia olunur ki, aktyor fiziki zor tətbiq edərkən "Sən bax belə öləcəksən" kəlməsini də işlədib.

Son məlumata əsasən, aktyor 25 min dollar(43 min manat) girov pul müqabilində sərbəst buraxılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.