Dünya

Balasının qisasını özünəməxsus şəkildə aldı - 250 iti öldürdü - VİDEO

21 Dekabr 2021 18:24
1 Şərh     Baxış: 1 854
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanın Maharaştra bölgəsində iki kənddə qan donduran hadisə baş verib. Körpə meymunun itlər tərəfindən öldürülməsi onlara baha başa gəlib. Bir bala meymunun yerinə 250 iti öldürüblər. İtləri hündür binalardan və ağaclardan ataraq öldürməkdə ittiham olunan iki meymunu qəfəsə salıblar.

Milli.Az xarici mediaya istinadən xəbər verir ki, meymunların hələ də aqressiv olduqları öyrənilib. Baş verən son hadisələrdən sonra bildirilib ki, Lavul kəndində demək olar ki, it qalmayıb.

Xalqın təşviş içində olduğu və bölgə meşə təsərrüfatı qruplarının itlərin ölümünə səbəb olan iki meymunu qəfəsə saldığı öyrənilib. Qeyd edilib ki, meymunlar bir müddət sonra sərbəst buraxılaraq Naqpur şəhərində meşəyə salınacaq.

Anar Əli
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.