Dünya

Koronavirusun mənşəyi hələ də tapılmayıb

21 Dekabr 2021 08:28
0 Şərh     Baxış: 392
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hələ də yeni növ koronavirusun haradan yarandığını müəyyən edə bilməyib".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu ÜST-ün Fövqəladə hallar proqramının direktoru Maykl Rayan jurnalistlərə açıqlamasında deyib.

M.Rayan diqqətə çatdırıb ki, virusun mənşəyini bilmək təşkilat üçün vacibdir, lakin bu, çox da çətin deyil: "Hazırda biz bunu bilmirik və bunun necə baş verdiyini də bilmirik".

Onun sözlərinə görə, virusun mənşəyinin öyrənilməsi üzərində iş davam edir, lakin bu, uzun müddət çəkə bilər, ona görə də tez nəticə gözləmək mümkün deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.