Dünya

Kanalizasiyada yığılmış qaz partladı - Ölənlərin sayı 16 nəfərə çatıb - YENİLƏNİB

18 Dekabr 2021 18:16
0 Şərh     Baxış: 1 121
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

--------

18:16

Pakistanın cənubundakı Karaçi şəhərində binada baş vermiş partlayış nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Pajhwok" agentliyi məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, partlayış özəl bank binasında baş verib. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə yerinə gələn mütəxəssislər partlayışın səbəblərini araşdırırlar. Axtarış-xilasetmə işləri davam edir.

Qeyd edək ki, bundan əvvəl Pakistan polisi özünün tvitter səhifəsində 10 nəfərin ölməsi barədə məlumat verib.

"Geo News" telekanalı isə bildirib ki, partlayış qaz sızmasından baş verə bilər.

-------

15:24

Pakistanda partlayış olub.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Karaçi vilayətində baş verib.

Partlayış nəticəsində ən az 10 nəfər ölüb, 13 nəfər yaralanıb.

Məlumata görə, kanalizasiyada yığılmış qazın alovlanması partlayışa səbəb olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.