Dünya

Türkiyə əsgərlərinin öldürüldüyü regionda 20 terrorçu zərərsizləşdirilib

11 Dekabr 2021 08:47
0 Şərh     Baxış: 636
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə ordusu son 2 gündə 20 terrorçunu məhv edib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə milli müdafiə naziri Hulusi Akar bildirib.

Nazir qeyd edib ki, İraqın şimalındakı Avaşin-Basyan bölgəsində Türkiyə ordusunun 3 əsgərini öldürən terrorçular da daxil olmaqla, dünən 6, bu gün 14 nəfər olmaqla, ümumilikdə 20 terrorçu zərərsizləşdirilib.

Hulusi Akarın sözlərinə görə, 2015-ci ildən İraq və Suriyada ümumilikdə 33 100 terrorçu, bu ilin əvvəlindən isə 2 619 terrorçu zərərsizləşdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.