Dünya

Avropada kovidə qarşı yeni dərman - Lagevrio

6 Dekabr 2021 21:35
0 Şərh     Baxış: 540
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Böyük Britaniyada COVID-19-un müalicəsi üçün virus əleyhinə dərman vasitəsi sayılan molnupiravirin (marka adı "Lagevrio") geniş tətbiqinə başlanılacaq.

Milli.Az bildirir ki, ölkə mətbuatının yaydığı xəbərə görə, onun xəstəliyin inkişafının ilkin mərhələlərində koronavirusa xüsusilə həssas olan şəxslərə təyin edilməsi planlaşdırılır.

Krallığın Səhiyyə Nazirliyindən verilən məlumata görə, molnupiravir ABŞ-ın "Merck və Ridgeback Biotherapeutics" şirkətləri tərəfindən hazırlanıb.

Pilot proqramın ilin sonunadək başlanacağı bildirilib. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.