İtaliyada oktyabrda 3 faiz olan illik inflyasiya göstəricisi enerji qiymətlərinin də təsiri ilə noyabr ayında 3,8 faizə yüksəlib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə İtaliyanın Milli Statistika İnstitutu (ISTAT) məlumat yayıb.
Bildirilir ki, oktyabrda 3 faiz olan inflyasiya noyabr ayında bazar proqnozlarını üstələyərək 3,8 faiz təşkil edib. Bu, 2008-ci ilin sentyabrından bəri ən yüksək inflyasiya səviyyəsidir.
Ölkədə inflyasiya aylıq göstəricidə isə 0,7 faiz artıb.
Milli.Az