Hava

Xəzərdə dalğanın hündürlüyü 3.2 metrə çatıb - FAKTİKİ HAVA

17 Sentyabr 2021 10:56
0 Şərh     Baxış: 699
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Faktiki hava açıqlanıb.

ETSN-dən Milli.Az-a bildirilib ki, sentyabrın 17-si saat 10:00-a olan məlumata əsasən bəzi rayonlarda və Abşeron yarımadasında şimal-qərb küləyi arabir güclənib.

Küləyin maksimal sürəti Altıağacda 23 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 28 m/s, Qum adasında 25 m/s, Pirallahı, Maştağada 23 m/s, Neft Daşlarında 20 m/s, Çilov adasında 19 m/s, Binədə 18 m/s, Sumqayıtda 17 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.2 metrə çatıb.

Hava şəraiti yağmursuz keçib, lakin gündüz saatlarından bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

18-i gündüz yağıntının tədricən kəsiləcəyi, əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.