Hava əsasən yağmursuz olacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qısamüddətli az yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən məlumata görə, şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 18-22, gündüz 25-29, Bakıda gecə 19-21, gündüz 26-28 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz olacaq.
Abşeron çimərliklərində şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti təşkil edəcək.
29 iyunda Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək.
Havanın temperaturu gecə 16-21, gündüz 30-35, dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə isti olacaq.
İyunun 29-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü, iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Avropada anomal istilərin səbəbi bu imiş
-
"Arka Sokaklar"ın "Qocalar evi"ndə yaşayan aktyorunun son halı – (Foto)
-
Konfrans Liqası: “Neftçi” "Dinamo"ya qarşı
-
YUDASHKIN Moda Evi Azərbaycan Moda Həftəsinin əsas nümayişini təqdim edəcək
-
Dünyanın ən yaxşı tələbə şəhərləri açıqlandı: Bakı ilk 100-lükdə
-
Türkiyədə sərnişin avtobusu aşdı – 31 nəfər xəsarət aldı - (Video)
-
Rekord istilər qonşu ölkəyə də çatdı
-
Nigar Rüstəmli müdir təyin edildi
-
"Qodzilla"nın 18 yaşlı ulduzu vəfat etdi - (Foto)
-
Əməkdar artist əkiz qızları ilə fotosunu paylaşdı
-
Prezident İlham Əliyevin Berlinə rəsmi səfəri Almaniya və dünya mediasının diqqət mərkəzindədir
-
Manatını digər valyutalara dəyişdirmək istəyənlərin nəzərinə
-
“Çelsi”nin ən bahalı transferi oldu
-
Xatun səhnədə səhnədə çətin anlar yaşadı – (Video)
-
Arzumdan yeni xəbər var
-
Tramp İranla müharibədə həlak olan hərbçilərin sayını açıqladı
-
Bakıda bəzi ərazilər işıqsız qalacaq
-
Andrey Qnatov da işdən çıxarıldı
-
Elnarə Abdullayevaya ağır itki
-
"Fənərbağça" qalib gəldi – Çempionlar Liqasında gecənin nəticələri
-
Azərbaycanın Xalq artisti İsraildə vəfat etdi - (Foto)
-
Alimlərdən maraqlı kəşf - Mavi gözlü insanların SİRRİ
-
10 dəqiqə içində yuxuya gedirsinizsə, sağlamsınız
-
Zaur Baxşəliyev: "Burada xoş söz yazır, o tərəfdə söyürlər"





