Milli Hidrometeorologiya Xidmətinin yanvarın 13-ü saat 20:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.
Xidmətdə Milli.Az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naxçıvan, Şərur, Ordubad, Culfa, Sədərək, İsmayıllı, Qobustan, Quba, Qusar, Xaçmaz, Şəki, Ağsu, Şamaxı, Cəfərxan, Neftçala, Şirvan, İmişli, Göyçay, Ağcabədi, Kürdəmir, Hacıqabul, Biləsuvar, Ağdam, Bərdə, Yardımlı, Lerik, Lənkəran, Astarada yağış, Şahbuz, Kəlbəcər, Laçın, Qubadlı, Şahdağda isə arabir qar yağır.
Hazırda bir sıra ərazilərdə qərb küləyi əsir. Küləyin maksimal sürəti Lerikdə 18, Salyan və Neftçalada isə 20 m/s-yə çatır.
Milli.Az





