Hava

Şahbuzda qarın hündürlüyü 48 sm-ə çatdı

3 Yanvar 2026 11:12
Baxış: 1 051
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yanvarın 3-ü saat 11:00-a olan faktiki hava açıqlanıb.

Milli.Az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, yanvarın 3-ü saat 11:00-a olan məlumatına əsasən yanvarın 2-si gün ərzində ölkə ərazisinin əksər bölgələrində yağıntılı hava şəraiti müşahidə olunub, yanvarın 3-ü gecə və səhər isə hava əsasən yağmursuz keçib.

Qarın hündürlüyü Şahbuzda 48, Qaxda 36, Lerikdə 30, Qusarda 29, Qrızda 27, Xınalıqda 25, Yardımlı, Gədəbəydə 18, Şahdağda 17, Xaltanda 11, Şəkidə 10, Xızıda 9, İsmayıllıda 8, Qobustan, Sədərəkdə 6, Qəbələdə 5, Quba, Ordubadda 4, Şərurda 2, Ağsu, Zaqatala, Naxçıvanda 1 sm-dir.

Şahbuz, Culfa, Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qax, Şamaxı, Qrız, Tərtər, Göyçay, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 200 m-dək məhdudlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.