Naxçıvan Muxtar Respublikası ərazisində qeyri-sabit hava şəraiti hökm sürür, Batabat yaylağına qar yağıb.
Ötən gün axşam saatlarından etibarən muxtar respublikanın şəhər və kəndlərinə yağış, yüksək dağlıq hissələrinə isə qar yağıb.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən məlumata görə, Ordubad rayonunun Parağaçay qəsəbəsində 2500 metr yüksəkliklərinə, Şahbuz rayonunun Batabat yaylağına qar yağıb.
Milli.Az





