Hava

Havada normadan artıq toz müşahidə olunur

25 Avqust 2025 09:17
Baxış: 959
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Milli.Az xəbər verir ki, bunu Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib.

O qeyd edib ki, hazırda havada tozun miqdarı normadan 1.5 dəfə artıqdır.

R.Allahverdiyeva əlavə edib ki, müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, cənub-şərq istiqamətli hava axınları vasitəsilə ölkə ərazisinə daxil olub:

"Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq gün ərzində davam edəcəyi gözlənilir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.