Hava

Sabah Bakıda şaxta olacaq, Rayonlara qar yağacaq

2 Mart 2025 12:11
Baxış: 2 172
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Martın 3-də gözlənilən hava proqnozu açıqlanıb.

Bu barədə Milli.Az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Bakıda və Abşeron yarımadasında hava necə olacaq?

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə zəif duman müşahidə ediləcək

Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

Gecə temperaturu: 0-3° şaxta

Gündüz temperaturu: 2-6° isti

Atmosfer təzyiqi: 770 mm civə sütunundan 765 mm civə sütununa enəcək

Nisbi rütubət: 70-75 %, gündüz 65-70 % .

Azərbaycanın rayonlarında hava necə olacaq?

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi dağlıq ərazilərdə yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Gecə temperaturu: 2-6° şaxta,

Gündüz temperaturu: 5-9° isti

Dağlıq rayonlarda gecə temperaturu: 9-14° şaxta

Yüksk dağlıq ərazilərdə gecə temperaturu: 14-19° şaxta

Gündüz temperaturu: 0-5° şaxta .

Yollar buz bağlayacaq

Bəzi yollar buz bağlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.