Hava

Bəzi rayonlarda leysan yağdı, şimşək çaxıb

20 İyun 2024 11:49
Baxış: 1 405
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Hidrometeorologiya Xidmətinin iyunun 20-si saat 09:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Xidmətdən Milli.Az-a verilən xəbərə görə, 19-u axşam yağıntılar tədricən kəsilib, 20-si gecə və səhər hava şəraiti əsasən yağmursuz keçib.

Düşən yağıntının miqdarı Oğuz 11 mm, Şəki 6 mm, Xaltan 3 mm, Qrız 1 mm-dək olub.

Havanın temperaturu havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da 37, Aran rayonlarında 38, dağlıq rayonlarda 27, yüksək dağlıq ərazilərdə 14 dərəcəyədək isti olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.