Hava

Anomal soyuq olacaq, temperatur -50 dərəcədən aşağı düşəcək

2 Dekabr 2023 08:06
Baxış: 4 585
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın əksər ərazisini yaxın günlərdə anomal soyuq hava gözləyir, bəzi bölgələrdə şaxtalar mənfi 40-50 dərəcəyə çatacaq.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu TASS-a Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand deyib.

Onun sözlərinə görə, dekabrın 2-dən 6-dək Şimal-Qərb Federal Dairəsinin bütün rayonlarında havanın temperaturu iqlim normasından 7-14 dərəcə, bəzi yerlərdə isə 15-20 dərəcə aşağı olacaq. Krasnoyarsk, Maqadan və Xabarovsk əraziləri, Yakutiya və Çukotka ərazilərini xüsusilə soyuq hava gözləyir:

"Taymir və Evenki vilayətlərində (Krasnoyarsk diyarı - Qeyd) havanın temperaturu 35-42 dərəcə şaxta olacaq. Yakutiyada, Maqadan diyarında və Çukotkada mənfi 43-49 dərəcə, Yakutiyada - hətta bəzi yerlərdə mənfi 54 dərəcəyədək soyuq olacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.