Hava

Bakıda arabir yağıntılı olacaq - PROQNOZ

12 Dekabr 2022 12:32
Baxış: 1 114
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dekabrın 13-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-10° isti, Bakıda gecə 5-7° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu olacaq. Nisbi rütubət 80-90 % olacaq.

Azərbaycanın rayonlarında şərq rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-6° isti, gündüz 7-11° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 0-4° şaxta olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.