Hava

Yağıntı kəsiləcək, külək güclənəcək - HAVA PROQNOZU

17 Yanvar 2022 13:21
6 Şərh     Baxış: 2 343

Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən məlumata görə, cənub-qərb küləyinin gündüz güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 0-1° isti, gündüz 4-6° isti, Bakıda gecə 0-1° isti, gündüz 4-6° isti olacaq.

Atmosfer təzyiqi 765 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Tibbi-meteoroloji xəbərdarlığa gəlincə, gündüz Abşeron yarımadasında gilavar küləyinin güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər saatlarında duman olacaq. Qərb ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 4-9° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta, yüksək dağlıq ərazilərdə gecə 15-20° şaxta, gündüz 0-5° şaxta olacaq.

Milli.Az

40 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

6 Şərh:

  • Anonim
    Harlnpasa · 17 Yanvar 13:2770

    Salam olsun soyuqlu saxtall havada can coyrrlere Espa prensess Ebru xanlm Goy Gozlu xanlm ve saire necesiniz

    Cavab yaz
    • Anonim
      Ebru · 17 Yanvar 18:1150

      Çox sağ olun,Harlınpasa bəy,mən yaxşıyam.Siz necəsiz??

      Cavab yaz
      • Anonim
        Harlnpasa · 17 Yanvar 21:0520

        Sag ol Ebru xanlm mende yaxslyam suzde hemise yaxsl olun

        Cavab yaz
    • Anonim
      ( · 17 Yanvar 21:13062

      burda üç lazimsizlarin, adini çəkmək belə vacibdi?

      Cavab yaz
      • Anonim
        21:13 · 17 Yanvar 23:21058

        3 de eyni z.ibil!

        Cavab yaz
  • Anonim
    Ebru · 17 Yanvar 13:4480

    Güclü küləyin əsməyinənsə,biraz qar yağsa onan yaxşıdır((.Hamıya salam.Gününüz xoş keçsin..

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics