DÇ-2014

Əsrarəngiz dünya çempionatı haqqında hər şey - YENİLƏNİB - VİDEO

12 İyun 2014 15:16
7 Şərh     Baxış: 11 599
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
10:33

Artıq bu gecə bütün dünyanın həyəcanla gözlədiyi dünya çempionatı başlayır. Milli.Az həm bu zamana kimi keçirilmiş dünya çempionatları haqqında maraqlı məlumatlar, həm də bu gecə start götürəcək çempionat haqqında məqamları sizə təqdim edir.

"DÇ 2014" təqvim

Sayca 20-ci olacaq mundiala Braziliya - Xorvatiya matçı ilə start veriləcək.

Həmin görüş Bakı vaxtı ilə gecə saat 01:00-da (Braziliya vaxtı ilə 12 iyun, saat 17:00-da) başlayacaq.

Qeyd edək ki, dünya çempionatının oyunlarının başlama saatı Bakı vaxtı ilə göstərilib.

Dünya çempionatının təqvimini diqqətinizə çatdırırıq:
 
13 İYUN (Braziliya vaxtı ilə 12 iyun)

A qrupu

01:00. Braziliya - Xorvatiya

21:00. Meksika - Kamerun


14 İYUN

B qrupu


00:00. İspaniya - Hollandiya

03:00. Çili - Avstraliya


C qrupu

21:00. Kolumbiya - Yunanıstan


15 İYUN

D qrupu

00:00. Uruqvay - Kosta-Rika

03:00 İngiltərə - İtaliya


C qrupu

06:00. Kot-d`İvuar - Yaponiya


E qrupu

21:00. İsveçrə - Ekvador


16 İYUN

E qrupu


00:00. Fransa - Honduras


F qrupu

03:00. Argentina - Bosniya və Herseqovina


G qrupu

21:00. Almaniya - Portuqaliya


17 İYUN

F qrupu


00:00. İran - Nigeriya


G qrupu

03:00. Qana - ABŞ


H qrupu

21:00. Belçika - Əlcəzair


18 İYUN

A qrupu


00:00. Braziliya - Meksika


H qrupu

03:00. Rusiya - Cənubi Koreya


B qrupu

21:00. Avstraliya - Hollandiya


19 İYUN

B qrupu


00:00. İspaniya - Çili


A qrupu


03:00. Kamerun - Xorvatiya


C qrupu

21:00. Kolumbiya - Kot-d`İvuar

 
20 İYUN

D qrupu


00:00. Uruqvay - İngiltərə


C qrupu

03:00. Yaponiya - Yunanıstan


D qrupu

21:00. İtaliya - Kosta-Rika


21 İYUN

E qrupu


00:00. İsveçrə - Fransa


E qrupu


03:00. Honduras - Ekvador


F qrupu


21:00. Argentina - İran


22 İYUN

G qrupu


00:00. Almaniya - Qana


F qrupu


03:00. Nigeriya - Bosniya və Herseqovina


H qrupu

21:00. Belçika - Rusiya


23 İYUN

H qrupu


00:00. Cənubi Koreya - Əlcəzair


G qrupu

03:00. ABŞ - Portuqaliya


B qrupu


21:00. Avstraliya - İspaniya

21:00. Hollandiya - Çili


24 İYUN

A qrupu


01:00. Kamerun - Braziliya

01:00. Xorvatiya - Meksika


D qrupu


21:00. Kosta-Rika - İngiltərə

21:00. İtaliya - Uruqvay

25 İYUN

C qrupu

01:00. Yunanıstan - Kot-d`İvuar

01:00. Yaponiya - Kolumbiya


F qrupu


21:00. Bosniya və Herseqovina - İran

21:00. Nigeriya - Argentina

 

26 İYUN

E qrupu


01:00. Ekvador - Fransa

01:00. Honduras - İsveçrə


G qrupu


21:00. Portuqaliya - Qana

21:00. ABŞ - Almaniya


27 İYUN

H qrupu


01:00. Əlcəzair - Rusiya

01:00. Cənubi Koreya - Belçika

 
1/8 final

28 İYUN


1. 21:00. A1 - B2


29 İYUN

2. 01:00. C1 - D2

3. 21:00. B1 - A2


30 İYUN


4. 01:00. D1 - C2

5. 21:00. E1 - F2
 

1 İYUL


6. 01:00. G1 - H2

7. 21:00. F1 - E2


2 İYUL


8. 01:00. H1 - G2

1/4 final


5 İYUL


I. 01:00. 1-in qalibi ilə 2-nin qalibi

II. 21:00. 5-in qalibi ilə 6-nın qalibi


6 İYUL

III. 01:00. 3-cü cütün qalibi ilə 4-cü cütün qalibi

IV. 21:00. 7-ci cütün qalibi ilə 8-ci cütün qalibi


Yarımfinal

9 İYUL


01:00. I cütün qalibi ilə II cütün qalibi


10 İYUL


01:00. III cütün qalibi ilə IV cütün qalibi

3-cü yer uğrunda oyun

13 iyul, saat 01:00.



Final


14 iyul, saat 00:00

Dünya çempionatının tarixi


Dünyanın birinci kuboku və ya o vaxt rəsmi olaraq adlandırıldığı kimi, "Jül Rime mükafatı" uğrunda yarışlar 1930-cu ilin iyulunda Montevideoda keçirilmişdir. Lakin dünya birinciliyi yarışlarının prinsipi daha əvvəl, 1920-ci ilin aprelində FİFA-nın Antverpendəki konqresində razılaşdırılmışdı. Bu yarışın təşkilatçısı, onun ideyalarının müəllifi Fransa Futbol Federasiyasının prezidenti, eləcə də o zaman Antverpendə FİFA prezidenti seçilmiş Jül Rime idi. Turnirə onun adı verilmişdi.

Futbol üzrə dünyanın birinci çempionatının keçirilməsi haqqında son qərar 1928-ci ildə FİFA-nın Amsterdamdakı konqresində qəbul edilmişdi. Olimpiya Oyunlarında, demək olar ki, bütün komandalar gizli peşəkarlıq nümayiş etdirdiyindən dünyanın bütün yığma komandalarının həvəskar statusu tam formal xarakter daşımağa başlamışdı. Peşəkarların və həvəskarların bərabər olduqları müntəzəm dünya çempionatlarının keçirilməsi bu problemi həll etdi. O vaxtdan milli assosiasiyalarının rəhbərləri daha yüksək yarışda - dünya çempionatında çıxış etməkdə maraqlı oldular və peşəkar oyunçuları yığma Olimpiya komandalarına "itələmədilər". Peşəkar və həvəskar futbolçular üçün açıq olan belə çempionatların təşkili o vaxtlar riskli iş idi. Həm də FİFA elə bir ölkə axtarırdı ki, bu işə tamahkarlıq məqsədi ilə girişməsin. Olimpiya turnirləri ona, demək olar ki, gəlir gətirmirdi. Dünya çempiontlarının keçirilməsinə rəhbərlik etməklə Beynəlxalq Futbol Federasiyası gəlirin bölüşdürülməsində iştirak edə bilərdi və borca düşməzdi.

Dünya çempionatlarının rekordları

Ən böyük hesablı qələbələr
1954-cü il. Macarıstan - Cənubi Koreya - 9:0, 1974-cü il. Yuqoslaviya - Zair - 9:0, 1982-ci il: Macarıstan - Salvador - 10:1

Ən erkən qolun müəllifi
Hakan Şükür: 2002-ci il. Türkiyə - Cənubi Koreya - 3:2 (11-ci saniyə)

Ən çox iştirak edən futbolçu
Antonio Karvaxal (Meksika, 1950-1966), Lotar Matteus (Almaniya, 1982-1998) - hərəsi 5 dəfə

Ən çox oyun keçirən futbolçu
Lotar Matteus - 25 oyun

Ən çox qol vuran
Ronaldo (Braziliya, 1998-2006) - 15 qol

Bir turnirdə ən çox qol vuran
Jüst Fonten (Fransa, 1958-ci il) - 13 qol

Bir oyunda ən çox qol vuran
Oleq Salenko (Rusiya, 5 qol). 1994-cü il. Rusiya - Kamerun - 6:1

Ən gənc futbolçu
Pele (Braziliya), 17 yaş 249 gün. "Futbol Kralı" bu yaşda qol vurmaqla da rekordçudur.

Ən yaşlı futbolçu
Roje Milla (Kamerun), 42 yaş 39 gün. O, bu yaşda qol vurmaqla həm də ən "qoca bombardirdir".

Futbolçu kimi ən çox dünya çempionu
Pele (Braziliya), 3 qat dünya çempionu (1958, 1962, 1970)

Futbolçu və məşqçi kimi ən çox dünya çempionu
Mario Zaqallo (Braziliya), 1958 və 1962-ci illərdə futbolçu, 1970-ci ildə baş, 2002-ci ildə ikinci məşqçi kimi

Tam medal komplektinə (qızıl, gümüş, bürünc) sahib olanlar
Frans Bekkenbauer, Hörst-Diter Hettqes, Volfqanq Overat (hamısı Almaniya)

Ən çox iştirak edən yığma
Braziliya - 19 dəfə (bütün turnirlərdə iştirak edən yeganə yığmadır)

Ən çox uduzan yığma
Meksika - 21 dəfə

Finalda ən çox oynayan yığma
Braziliya və Almaniya - hər ikisi 7 dəfə (ümumilikdə 92 oyun). Bunun 5-də qalib gələn braziliyalılar ən çox dünya çempionudurlar. Pentakampeonlar final mərhələsində (62), bir turnirdə qələbə (7), qələbə (2002-06, 11 oyun) və məğlubiyyətsiz (1958-66, 13 oyun) seriyasına görə rekordçudur.

Ən çox oyun keçirən məşqçi
Helmut Şön (Almaniya, 1966-78) - 25 oyun. O, eyni zamanda ən çox qalib gələn məşqçidir (16 dəfə)

Baş məşqçi kimi ən çox dünya çempionu olan
Vittorio Pottso (İtaliya, 1934 və 1938) - 2 dəfə

Ən çox oyun idarə edən hakim
Jozel Kinyo (Fransa, 1986-1994) - 8 dəfə

Ən erkən sarı vərəqə
Campyero Marini (İtaliya) DÇ-82-də Polşa, Sergey Qorlukoviç (SSRİ) DÇ-1994-də İsveçlə görüş, hər ikisi oyun başlamamış

Ən erkən qırmızı vərəqə
Xose Batista (Uruqvay) DÇ-86-da Şotlandiya ilə oyun, 56-cı saniyə

Ən çox sarı və qırmızı vərəqə olan mundial
DÇ-2006 - 56 oyunda 310 sarı, 25 qırmızı. Bir oyunda ən çox sarı və qırmızı vərəqə də həmin mundialda olub. Belə ki, rusiyalı hakim Valentin İvanov Portuqaliya - Hollandiya görüşündə hər komandaya 2 olmaqla 4 qırmızı vərəqə göstərib. O, portuqaliyalı futbolçulara 9 sarı vərəqə verib.

Niyaməddin Şirinov
Milli.Az


-----------
15:16

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.