Milli.Az Cənub TV-yə istinadən xəbər verir ki, 22 yaşlı azərbaycanlı gənc Türkiyənin ən çox baxılan seriallarında kaskadyorluq edir. Dünyaca məşhur "Kurtlar vadisi" serialında Polad Alemdarın ən riskli hərəkətlərini də o yerinə yetirirmiş. Gənc kaskadyorla görüşüb söhbət
edən əməkdaşımız onu sizə də yaxından tanıdacaq. Babək Həsənzadə həmyerlimizdir. Aərbaycanın cənub mirvasiri Lənkəranın saf suyu, halal çörəyi ilə böyüyüb boya-başa çatan Babək orta təhsilinə şəhər xarici dillər təmayüllü gimnaziyada başlayıb, 6-cı sinifdən Lənkəran özəl Türk liseyində oxuyub.
Hazırda Türkiyədə Fatih Universitetinin Siyasi-İqtisadi İdarəetmə fakültəsində təhsil alır. Babəkin kaskadyorluğa gəlişi təsadüfi deyil, bu, onun qaynar təbiəti ilə bağlıdır. Babək həm də peşəkar idmanla məşğul olur. Özünü müdafiə idman növlərində peşəkarlıq dərəcəsi var. Onu filmlərə gətirən də elə bu keyfiyyətidir. Babək deyir ki, kaskadyor olmaq üçün idmançı olmaq kifayət etmir. Bundan ötrü mütəmadi məşqlər etmək, müxtəlif təlimlərdən keçmək lazımdır.
Hamının maraqla izlədiyi məşhur "Kurtlar vadisi"indəki Polad Alemdarın bütün riskli hərəkətlərini də həmyerlimiz Babək Həsənzadə yerinə yetirirmiş.
Babək Həsənzadə evdən və ya maşından, qışın soyuğunda dağdan dənizə tullanmaq kimi çətin hərəkətləri yerinə yetirir. O, kaskadyorluğun təhlükəli sürprizlərlə dolu olduğunu deyir. Çəkildiyi filmlərdən "Adanalı", "Əzəl", "Kurtlar vadisi Pusu", "Kurtalr vadisi Fələstin", "Öylə bir keçər zaman ki", "Komissar Memoli", "Yaxşi Batı", "Muhteşem yüzyıl" və s. Azərbaycanda da sevə -sevə izlənilir. Son çəkildiyi film isə "Hollivud" istehsalı olan, Oskar mükafatçısı Layam Nilson və Meq Reysin rol aldığı "Taken-2" filmidir.
Babək hazırda yeni filmlərə çəkilmək üçün təklif alıb. Bu alman kinematoqrafçılarının istehsalı olan ekran əsəridir. Azərbaycanda da serial bazarının canlanmasına sevinən Babək gələcəkdə milli filmlərimizdə də çəkilmək arzusundadır.
Biz də, öz növbəmizdə, çətin və təhlükləli peşənin yolçusu olan və bu sahədə ciddi dönüş yaratmağı hədəfləyən həmyerlimizə uğurlar arzulayırıq.
Milli.Az
Video
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Polad Alemdarın riskli hərəkətlərini yerinə yetirən lənkəranlı kaskadyor - VİDEO - FOTOSESSİYA
22 Avqust 2012 19:36
0 Şərh
Baxış: 876

DİGƏR XƏBƏRLƏR
-
Mərkəz və qəsəbə bazarlarında nə qədər qiymət fərqi var? - VİDEO
-
“Anamla bacımı itirdikdən sonra sənətdən getmək istədim” - VİDEO
-
“Dedim ki, siz Doğuşla ailə qurmusuz, mən niyə Muradla evlənməyim?” - VİDEO
-
“Fənərbaxça” futbolçuları aranı qatdı - VİDEO
-
Manaf kövrəldi: “Bu, sonuncu yubileyimdir” - VİDEO
-
Bitum daşıyan yük maşını aşdı - yaralılar var - VİDEO
XƏBƏR LENTİ
-
Mərkəz və qəsəbə bazarlarında nə qədər qiymət fərqi var? - VİDEO
-
“Anamla bacımı itirdikdən sonra sənətdən getmək istədim” - VİDEO
-
Birinci vitse-prezident Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı paylaşım edib - FOTO
-
Yekun qələbə yaxındır - Medvedyev
-
Bu bürclər çox çətin seçim qarşısında qalacaq
-
"Uşaqlarım dedi ki, ata, bizi bir də buraya gətirmə"
-
Salah 3-cü dəfə ilin futbolçusu seçildi
-
"İndi də bədənimdə qəlpələr var" - Xalq artisti
-
Mehriban Əliyeva Prezident İlham Əliyevlə Şuşaya səfərdən görüntülər paylaşıb - FOTO
-
İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar paylaşım edib - FOTO
-
Günün qoroskopu: Rəqəmlərlə ünsiyyətiniz bu gün güclüdür
-
Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür
-
“Evi özüm yandırdım ki, arvadıma, oğluma qalmasın” - yenilənib - FOTO
-
“Dedim ki, siz Doğuşla ailə qurmusuz, mən niyə Muradla evlənməyim?” - VİDEO
-
“Fənərbaxça” futbolçuları aranı qatdı - VİDEO
-
“Azərbaycanla müharibə olmayacaq”
-
Ukrayna macar diplomatları ölkədən qovur
-
“Fənərbaxça”dan inamlı qələbə
-
Mariya Stadnik və Messini nə birləşdirir? - FOTO
-
Manaf kövrəldi: “Bu, sonuncu yubileyimdir” - VİDEO
-
“Nürnberq” bugünkü oyunda Mahirə belə təşəkkür etdi - FOTO
-
"Uzak şehir" izləyicilərinə pis xəbər
-
Arda Turana rəsmi təklif - qərarı qətidir
-
"Arka Sokaklar"da Azərbaycanla bağlı səhnə - FOTO