Video

Mətbəx sirləri: İçli köfte - VİDEO

13 İyul 2012 07:00
0 Şərh     Baxış: 1 632
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Tərkibi:

içi:
500 q yağlı qiymə
5 xırda doğranmış soğan
1 ç.q. qara istiot
1 ç.q. pulbibər
100 q qoz
100 q dolmalıq fıstıq
1 paket marqarin
duz

üstünə:
500 q yağsız qiymə
250 q xırda bulqur
duz
1 sürtgəcdən keçirilmiş soğan
1 ç.q. bibər pastası

sous:
1 x.q. marqarin
1 ç.q. bibər pastası
1,5 st. su
duz

Əvvəlcə içini hazırlayın. Bir qazanda yağ, duz, soğan, qiyməni qovurun. Soğanlar saralanda istiot, pul bibər və xırdalanmış qoz, fıstıq (bütöv) əlavə edin. Qovurandan sonra ocaqdan götürüb soyudun.

Üstünü hazırlamaq üçün lazım olan ərzaqları qarışdırın, yoğurarkən arada əlinizi isladın. Alınan xəmiri qoz boyda kündələrə ayırın. Bir barmağınızı ortasına qoyub əlinizdə fırladaraq kasa şəkli verin. İçi əlinizlə azca sıxıb bu kasanın içinə qoyun, qıraqlarını qapadın. Qaynar yağda o üz-bu üz qızardın.

İçli köfteni həmçinin qaynadırlar da. Bunun üçün qazanda yağ əridin, bibər pastası (tomat pastası), su əlavə edin, qaynara düşəndə duz səpin, köfteləri içinə qoyub 5-10 dəqiqə qaynadın.

Kartoflu içli köfte

Tərkibi:

3 st. xırda bulqur (köftelik)
2 sürtgəcdən keçirilmiş baş soğan
100 q yağsız qiymə
2 balaca kartof (qaynadılıb əzilmiş)
3 x.q. pul bibər
1,5 x.q. mannı yarması
1,5 x.q. un
1 ç.q. duz

içi:
500 q qiymə
500 q baş soğan
pul bibər
duz
qara istiot

Bulquru yarım stəkan suda isladın, yumşalanda sürtgəcdən keçirilmiş soğan, qiymə və pul bibəri qatıb yoğurun. Kartofu suda bişirib əzin, manna yarması, un və duzla birlikdə bulqura əlavə edib yoğurun.

Qiyməni və xırda doğranmış soğanı bir tavada qovurub duz və istiot əlavə edin, soyudun.

Xəmirdən mandarin boyda kündələr tutun, əlinizlə kasa halına salın, bir qaşıq iç qoyub, bükün. Yağda qızardın.

Nuş olsun!

Milli.Az  

Videoları izləmək üçün aşağıdakı şəkillərə klikləyin.




Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.