Türkiyə

Koronavirus üçün faydalı hesab olunan bu meyvə zəhərləyə bilər

31 Mart 2020 18:34
0 Şərh     Baxış: 1 742
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirusa qarşı faydalı olduğu söylənilən qreypfrutun həddindən artıq yeyilməsi dərman istifadə edən şəxslərdə zəhərlənmə ilə nəticələnə bilər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bunu türkiyəli professor Coşkun Usta bildirib.

Onun sözlərinə görə, tərkibində "C" vitamini olan məhsullardan fərqli olaraq, təkcə sözügedən meyvədə olan "furanokumarin" maddəsi təhlükəlidir və dərman qəbul edən insanların ölümü ilə nəticələnə bilər:

"İki gün dalbadal qəbul etmək belə qaraciyərin funksiyalarına pis təsir edəcək".

Professor bildirib ki, qreypfrutdan çox istifadə etdikdə dərmanlar qaraciyərdə emal edilə bilmir:

"Aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, qreypfrut suyu içən və dərman istifadə edən xəstələrin 80 faizində bu problem meydana gəlib. Başqa sözlə, dərman normadan 40 qat daha çox qana qarışır və zəhərlənməyə səbəb olur. Potensial olaraq bu virusa yoluxma riskiniz və buna görə də, dərmanlardan istifadə etmək potensialımız var. Xüsusilə, bu dövrdə qreypfrut suyu istehlak etmək düzgün deyil".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.