Türkiyə

Ümit Karan hava limanında saxlanıldı: Narkotik istintaqı şoku

14 Yanvar 2026 21:36
Baxış: 537
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə futbolunun tanınmış simalarından olan Ümit Karan İstanbullun Sabiha Gökçen Hava Limanında polis tərəfindən saxlanılıb.

Milli.Az xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən məşhurlara qarşı aparılan genişmiqyaslı narkotik istintaqı çərçivəsində bu qərar verilib.

Keçmiş futbolçu hava limanında olarkən nəzarətə götürülüb və dindirilmək üçün polis idarəsinə aparılıb.

Bildirilir ki, bu əməliyyat yalnız Ümit Karanla məhdudlaşmır və bir çox tanınmış şəxsi əhatə edir.

1976-cı ildə Berlində doğulan Karan Türkiyə millisinin və xüsusilə Qalatasarayın unudulmaz hücumçularından biridir.

Qalatasaray forması ilə çoxsaylı çempionluqlar yaşayıb və Çempionlar Liqasında atdığı kritik qollarla yadda qalıb.

Karyerasını bitirdikdən sonra məşqçi və idman şərhçisi kimi fəaliyyətini davam etdirib.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.