Egey dənizinin Türkiyənin Çanaqqala bölgəsində Ayvacık rayonu sahillərində 4 bal gücündə zəlzələ baş verib.
Milli.Az xəbər verir ki, AFAD məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 14:28-də (Bakı vaxtı 15:28-də - red.) qeydə alınıb.
Zəlzələ 17.49 kilometr dərinlikdə olub.
İtki və dağıntı barədə məlumat verilməyib.
Milli.Az





