Türkiyədə zəlzələ oldu

6 Yanvar 2026 16:36

Egey dənizinin Türkiyənin Çanaqqala bölgəsində Ayvacık rayonu sahillərində 4 bal gücündə zəlzələ baş verib.

Milli.Az xəbər verir ki, AFAD məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 14:28-də (Bakı vaxtı 15:28-də - red.) qeydə alınıb.

Zəlzələ 17.49 kilometr dərinlikdə olub.

İtki və dağıntı barədə məlumat verilməyib.

Milli.Az