Türkiyə

Ərdoğandan İsrailin İrana hücumuna reaksiya - FOTO

13 İyun 2025 16:20
Baxış: 1 602
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə İsrailin İrana qarşı hücumlarını qınayır.

Milli.Az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media hesabında paylaşım edib.

O, İsrailin İrana hücumunu "beynəlxalq hüquqa məhəl qoymayan açıq-aşkar təxribat" adlandırıb.

Ərdoğanın sözlərinə görə, İsrail Baş naziri Benyamin Netanyahunun administrasiyası bölgəni və bütün dünyanı fəlakətə sürükləməyə çalışır.

Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib. Eyni zamanda İran tərəfi İsrailə cavab hücumunun həyata keçiriləcəyini bildirir.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.