Türkiyə İsrailin İrana qarşı hücumlarını qınayır.
Milli.Az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media hesabında paylaşım edib.
O, İsrailin İrana hücumunu "beynəlxalq hüquqa məhəl qoymayan açıq-aşkar təxribat" adlandırıb.
Ərdoğanın sözlərinə görə, İsrail Baş naziri Benyamin Netanyahunun administrasiyası bölgəni və bütün dünyanı fəlakətə sürükləməyə çalışır.
Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib. Eyni zamanda İran tərəfi İsrailə cavab hücumunun həyata keçiriləcəyini bildirir.
Fidan
Milli.Az