Türkiyə

Ərdoğan Zəngəzur dəhlizindən danışdı

29 May 2025 16:33
Baxış: 706
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan geri qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. Dövlət başçısı bölgədə sülh və sabitliyin vacibliyinə toxunaraq qeyd edib ki, Cənubi Qafqazda artıq əmin-amanlıq və sülh görmək istəyirik.

Milli.Az xəbər verir ki, Ərdoğan bölgədə davamlı sülhün hər kəs üçün faydalı olacağını vurğulayıb:

"Azərbaycan və Ermənistan arasında sülhün artıq üfüqdə görünməsindən şadıq. Bu prosesi yaxından izləyirik və lazımi dəstəyi də veririk. Əldə olunacaq sülh Azərbaycanla Ermənistan, eləcə də ölkəmiz üçün dəyərli olacaq. Biz də Ermənistanla diqqətli bir normallaşma prosesi yaşayırıq. Həm sülh, həm də münasibətlərin normallaşması təmin edildikdə, ölkələrimizin bundan fayda qazanacağını görəcəyik".

Prezident Ərdoğan həmçinin Zəngəzur dəhlizi barədə də fikirlərini bölüşüb. O, bu layihənin sadəcə regional nəqliyyat bağlantısı olmadığını, daha geniş geosiyasi əhəmiyyət daşıdığını bildirib:

"Zəngəzur dəhlizi Azərbaycanın Naxçıvanla quru əlaqəsi olmaqla yanaşı, həm də Türkiyədən Türk dünyasına uzanan yeni inteqrasiya xəttidir. Bu keçidin qısa müddətdə açılması həm Qafqazın nəqliyyat, həm də enerji infrastrukturunu gücləndirəcək".

Türkiyə lideri bölgədəki bütün ölkələrin, o cümlədən İranın da bu təşəbbüslərə dəstək verməsinin vacibliyini bildirib:

"Qonşumuz İrandan da bölgəmizdə əmin-amanlıq, sülh və inkişafa xidmət edəcək bu addımları dəstəkləməsini gözləyirik. Bu, "qazan-qazan" prinsipidir və biz onların da bu faydalardan yararlanmasını istəyirik. Atılan hər addım, açılan hər qapı, hər dəhliz yalnız iqtisadi qazanc gətirməyəcək, zaman keçdikcə ölkələri bir-birinə daha da yaxınlaşdıracaq".

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.