Türkiyə

Murat Germen saxlanıldı - FOTO

11 Aprel 2025 11:38
Baxış: 536
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur türkiyəli fotoqraf və memar Murat Germen "ictimaiyyəti açıq şəkildə nifrət və düşmənçiliyə sövq etmək" ittihamı ilə saxlanılıb.

Milli.Az "Habertürk"ə istinadla xəbər verir ki, sənətçi ötən axşam həyat yoldaşı ilə birlikdə xaricdən dönüş zamanı hava limanında saxlanılıb.

Açıqlama verən həyat yoldaşı Səma Germen Murat Germenin hazırda terrorla mübarizə bölməsində saxlanıldığını və prokurorla görüş gözlədiyini bildirib.

Murat Germenin həbsinə səbəb kimi onun sosial media hesabında paylaşdığı boykot çağırışı göstərilir. Sənətçi 2 aprel tarixində Türkiyə daxilində başladılan boykot kampaniyasına dəstək verərək Instagram hesabında paylaşımlar edib.

Hazırda Germenin hüquqi prosesi davam edir.

Məsələ ilə bağlı rəsmi qurumlardan hələlik ətraflı açıqlama verilməyib.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.