Türkiyə

Özgür Özəl yenidən CHP sədri seçilib

6 Aprel 2025 16:57
Baxış: 575
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə ana müxalifət partiyasının növbədənkənar qurultayı keçirilir.

Milli.Az xəbər verir ki, qurultayda Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri postuna seçki olub.

Özgür Özəl yenidən CHP sədri seçilib.

xxx

Türkiyədə ana müxalifət partiyasının növbədənkənar qurultayında sədr postuna yeganə namizəd olacaq.

Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri postuna namizəd olacağını açıqlayan sabiq millət vəkili Berhan Şimşek qurultay nümayəndələrindən topladığı imzaları gec təqdim etdiyi üçün namizəd olmayıb.

Bundan əvvəl Antalyanın Muratpaşa rayonunun bələdiyyə sədri Ümit Uysal namizədliyini geri götürüb.

Beləliklə, bu posta yeganə namizəd partiyanın hazırkı sədri Özgür Özəl olacaq.

xxx

Bu gün Türkiyədə ana müxalifət partiyasının növbədənkənar qurultayı keçirilir.

Cümhuriyyət Xalq Partiyasının (CHP) 21-ci növbədənkənar qurultayı Ankarada Nazım Hikmet Mədəniyyət Mərkəzində baş tutur.

Qurultayda partiyanın prezidentliyə namizədi, hazırda həbsdə olan Əkrəm İmamoğlu üçün təmsili stul ayrılıb.

Hazırkı sədr Özgür Özəl yenidən bu posta namizəd olacağını açıqlayıb. CHP sədrliyinə Antalyanın Muratpaşa rayonunun bələdiyyə sədri Ümit Uysal və sabiq millət vəkili Berhan Şimşek də namizəd olacaqlarını açıqlasalar da, Ümit Uysal namizədliyini geri götürüb.

Qurultayda partiyanın rəhbər strukturlarına da seçkilər olacaq./APA

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.